Parenting

Uşaqlarınıza idman ustalığını öyrədin



Heç kimə sirr deyil ki, uşaqlar xarici təsirlərə xüsusilə həssasdırlar. Məhz buna görə, həmişə onların yanında olmaq, öyüd və nəsiyyət vermək gərəkdir. Yaxşı idman ustalığına gəldikdə isə, uşaqlar öz məşqçiləri və valideynlərinə necə hərəkət etmələrinə dair nümunə kimi baxırlar. Yüksək idman  ustalığının inkişafı uşaqlara oyun zamanı və oyundan sonra necə nəzakətli davranmalı olduqlarını göstərir.

Bu, həmçinin uşaqların meydanda və meydandan kənarda da qarşılıqlı əlaqəsinə təsir edir, komandada işləmək bacarıqlarını və xarakterlərini formalaşdırır, hörmət, nizam-intizam, şərəf, xeyirxahlıq, möhkəmlik, əzmkarlıq, davamlılıq və sair xüsusiyyətləri öyrədir.

Mühüm Prinsiplər

Ürəyində xəbislik olmadan qalib gəlmək, rəqibə hörmət etmək və gözəl uduzmaq bacarığı yüksək idman ustalığının əlamətləridir. Valideynlər uşaqları üçün əsas nümunədirlər, məhz buna görə övladlarınız sizin də bu prinsiplərlə yaşamağınızı görməlidirlər – istər özünüz idmanla məşğul olduqda, istərsə də uşağınızın komandasına kənardan dəstək olduqda.

Siz uşaqlarınıza aşağıdakı vacib prinsipləri aşılamaqla yaxşı idman davranışını anlamağa və qiymətləndirməyə kömək edə bilərsiniz:

  • Əgər uduzsan, bəhanə axtarma. Bacarıqlarını inkişaf etdir.
  • Əgər qalib gəlsən, özünü itirmə. Daha da bacarıqlı olmaq üçün daha çox çalış.
  • Səhvlərindən nəticə çıxar və oyuna qayıt.
  • Həmişə əlindən gələni et. Bacarıqlarını göstərməyi bacar.
  • Əgər başqası səhv edirsə, ona dəstək ol və onu tənqid etməkdən çəkin.
  • Özünə, komandana və oyun rəsmilərinə hörmət et.

Məqsəd, övladınıza əylənmək üçün oynadığını və udmağın onun yaxşı olduğunu, məğlubiyyətin isə onun pis olduğunu ifadə etmədiyini göstərməkdir. Və siz nə qədər tez başlasanız, digər uşaqların sizin uşağınızla oynamaq istəməyəcəkləri ilə bağlı narahatlığı bir o qədər tez dayandıra bilərsiniz.


8 yaşdan kiçik uşaqlar: erkən başlayın

Denton Şimali Texas Universitetində təhsil psixologiyası üzrə dosent, Ph.D. Wendy Middlemiss, "Üç və ya dörd yaşlı bir uşaq üçün dünya sankı qara və ağ rənglərinə bölünür" deyə izah edir. "Məktəbəqədər uşaqlar qalib gəlmək üçün oynayırlarsa, mütləq qalib gəlməli olduqlarını düşünür və buna görə də məğlubiyyəti qəbul etməkdən imtina edirlər, kədərlənirlər." Bir çox uşaq idman liqalarının rəsmi qalibləri və ya məğlubları olmasa da, müxtəlif komandaların və formaların mövcudluğu istər istəməz rəqabət yaradır. Buna görə də valideynlərin oyuna bir əyləncə kimi yönəltməkləri, idmana və birlikdə oynamağa xüsusi diqqət yetirmələri çox vacibdir.

Övladınızın hansı idman növü ilə məşğul olmasından asılı olmayaraq, əyləncə və idmanı vurğulayan və qalibiyyət və ya məğlubiyyətə əhəmiyyət verməyən təşkilat və məşqçi axtarmağa başlayın.


8-12 yaş: sakit olun

Uşaqlar yetkinlik yaşına yaxınlaşdıqca, meydanda və meydandan kənarda əsəbilik hiss edəcəklər, ona görə də həm valideynlər, həm də oyunçular bu cür partlayışları necə proqnozlaşdırıb qarşısını almağı bacarmalıdırlar. Bu vəziyyətdə, Ph.D., “Möhtəşəm idmançı valideyn olmanın 101 yolu” kitabının müəllifi və Filadelfiya İdman Psixologiya Mərkəzinin direktoru Coel Fişin bu üç addımlı planı sizə kömək ola bilər:

1. Qalib və məğlubiyyətə, komanda işinə və rəqabətə öz münasibətinizi bilin. Xüsusilə rəqabət qabiliyyətlisinizsə, emosiyalarınızı idarə etmək üçün daha çox çalışmalı olacaqsınız.

2. Tətiklərinizi bilin. Tətiklər hakimin hərəkətlərinə mənfi münasibət və ya rəqibin uşağınızdan istifadə etməsi hissi və ya məşqçinin övladınızla kobud danışması ola bilər.

3. Özünüzü necə sakitləşdirməyi bilin. Bu tətiklərdən biri emosional reaksiyaya səbəb olanda bir fəaliyyət planı hazırlayın. Heç vaxt hisslərinizi və emosiyalarınızı uşağa yükləməyin. Bu vəziyyətdə bir neçə dəqiqəlik geri çəkilin və problemin sizin iştirakınız olmadan həll olunmasına icazə verin və yalnız sakitləşdikdən sonra geri dönün.


Yeniyetmələr: hörmət və inamı necə öyrətmək olar

Yeniyetmələr qalibiyyətlər, itkilər və onların çıxışları haqqında çox yaxşı bilirlər ki, bu da yaxşı idman bacarığı üçün çətinliklər yarada bilər. "Nəticələr üzərində daha çox təzyiq olduqda, bu, uşaqların qalib gəlmək üçün əllərindən gələni etmə şanslarını artırır" Fish deyir. "Onlar başqa oyunçunu ələ salmaqla və ya qaydaları pozmaqla xətti keçə bilərlər; ən azından bu ehtimal çox yüksəkdir."

Valideynlər də onların təfəkkürünü izləməli, əvvəlcə özlərini düzəltməli, sonra isə övladlarına dəyərləri öz nümunələrində aşılamalıdırlar. Rob Gotlin dediyi kimi, uşaqlarınıza çatdırmalı olduğunuz mesaj bu olmalıdır: "Mən sənin yarışmanı və bacarıqlarının üzərində işləməyinini görmək üçün buradayam.”

Əlbəttə ki, valideynlərin və məşqçilərin nəzarət edə bilmədiyi çox şeylər var, lakin valideynlər övladlarına qaydalara uyğun oynamağın, rəqiblə əl sıxmağın, yıxılanda onu ayağa qaldırmağın vacibliyini öyrətməlidirlər. Bunu rəqibləri etməsə belə.

Yaxşı idman ustalığını öyrətmək üçün valideynlərə məsləhətlərimiz

Yaxşı idmana yaxşı davranışın müəyyən qaydaları daxildir. Uşaqlarınızla bölüşmək üçün bəzi faydalı tövsiyələrimiz bunlardır:

Oyunun qaydalarına əməl et. Uşağınıza idmanı mütəşəkkil saxlamaq üçün qaydaların olduğunu və onlara riayət etməli olduqlarını izah edin.

Mübahisə etmə. Oyuna diqqət yetir və komanda yoldaşlarına, məşqçilərə və ya hakimlərə əsəbi davranma. Həmişə söyüş və mənfi sözlərdən çəkin. Bu sözləri övladlarınız hər məşğələdən öncə mütləq deyin.

Hər bir komanda üzvü oynamağı bacarmalıdır. Gənclər idmanında ən təcrübəsiz oyunçuları belə oyundan həzz almağa təşviq etmək vacibdir. Valideynlər, məşqçilər və hətta digər oyunçular daha az istedadlı komanda yoldaşlarına iştirak etmək üçün vaxt verməlidirlər.

Ədalətli oyna. Aldatmaq olmaz. Övladınız çox kiçik yaşından düzgün və qaydalarla oynamağı bacarmalıdır.

Təlimatlara əməl et. Məşqçiləri və hakimləri dinləməyin və onların göstərişlərinə əməl etməyin vacibliyini vurğulayın.

Digər komanda oyunçularına hörmət göstər. Rəqiblərin qalib gəlirsə, məğlubiyyəti qəbul et, bacarıqlarını etiraf et və öz bacarıqlarını inkişaf etdirməyə davam et. Komandan qalib gəlirsə, lovğalanmaqdan çəkin – bu. Bunun nəcib qalib gəlməyin əsası olduğunu balanıza izah edin.

Komanda yoldaşlarını dəstəklə. Komanda yoldaşlarını yaxşı gördükləri işlərə görə təriflə və səhv etdikdə onları dəstəklə. Valideynlər bu davranışı övladlarına nümunə göstərməlidirlər. Uşağınıza hakimlərin və digər şəxslərin qərarlarına hörmət edilməli olduğunu izah edin.

Oyunun əvvəlində və nəticədən asılı olmayaraq oyunun sonunda rəqib komanda oyunçuları ilə əl sıxmalısan. Əsl idmançılar idmanı sevir və qalib olub-olmamasından asılı olmayaraq oyunları müsbət nəticə ilə bitirməyi bacarırlar. Mənfi ifadələrə heç bir zaman yol vermirlər. Bu haqda uşağınızla tez-tez müzakirələr aparın.


Övladınıza davamlı olaraq bu davranışları öyrətmək və tətbiq etməklə, siz mənəvi cahətdən də sağlam övlad yetişdirirsiniz. Bunun sayəsində o, yüksək idman ustalığını qiymətləndirməyi öyrənəcək və məşqçilərə, komanda yoldaşlarına, rəqiblərə və hakimlərə hörmət edəcək. Odur ki, uşağınıza ən yaxşı nümunə olması üçün verdiyiniz şərhlər və göstərişlər ilə həmişə diqqətli olun. Onun sizi düzgün anladığına əmin olun.

Uşağınızda yüksək idman ustalığını inkişaf etdirməyə kömək edəcək və idmanı öz tədris planlarının əsas hissəsinə çevirəcək məşqçilər və təşkilatlar tapmaq isə daha bir vacib və mürəkkəb işdir. Tripsome-da biz yalnız yaxşı idmançılar deyil, həm də yaxşı insanlar yetişdirməyə diqqət yetiririk və məşqçi heyəti bu dəyərləri aşılamaq bacarığına görə xüsusi olaraq seçilir.


Uşağınızın idman bacarığını təkmilləşdirməyə qərar vermisiniz? Artıq axtarışı dayandırın! Azərbaycanda idman tədbirlərinə biletləri elə indi bron edin!